Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ilin birinci yarısında vəzifəsindən uzaqlaşdırıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Pxenyana səfərinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.
“Ukrayna prezidentinin səlahiyyət müddəti 5 ildir, sadəcə olaraq Qərbdə Zelenskini dəyişmək istəmirlər”, - deyə Putin qeyd edib.
O, həmçinin bildirib ki, hələ Zelenskinin vəzifədən getmə vaxtı gəlməyib, çünki əvvəlcə qeyri-populyar qərarlar onun üzərinə atılacaq.
Bizim.Media