Aİ-dən Rusiyaya 14-cü sanksiyalar PAKETİ: 69 nəfər qara siyahıya salınacaq

Aİ-dən Rusiyaya 14-cü sanksiyalar PAKETİ: 69 nəfər qara siyahıya salınacaq

Hazırda oxunan: Aİ-dən Rusiyaya 14-cü sanksiyalar PAKETİ: 69 nəfər qara siyahıya salınacaq

198209

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketinin tətbiqinə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, yeni sanksiyalar paketi çərçivəsində 69 nəfər və 47 təşkilat "qara siyahı"ya salınacaq. Bu sanksiyaların yekun təsdiqi iyunun 24-də Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünə planlaşdırılıb.

Qeyd edək ki, bu gün Aİ-yə üzv ölkələrin səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Buraya Rusiya maye qazının ittifaqa üzv ölkələrin limanları vasitəsilə tranzitinə qadağa qoyulması da daxildir. Layihədə, həmçinin Rusiyanın neft tankerləri donanmasına sanksiyaların tətbiqi və Moskvanın “ikili təyinatlı texnologiyalara” girişinin məhdudlaşdırılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO