Yeni Kaledoniyada aeroportun fəaliyyəti bərpa edildi, komendant saatı qısaldıldı

Yeni Kaledoniyada aeroportun fəaliyyəti bərpa edildi, komendant saatı qısaldıldı

Hazırda oxunan: Yeni Kaledoniyada aeroportun fəaliyyəti bərpa edildi, komendant saatı qısaldıldı

197788

Yeni Kaledoniyanın hakimiyyət orqanları komendant saatını qısaldıb.

Bizim.Media bu barədə “AP” agentliyinə istinadən xəbər verir.

Bununla yanaşı, paytaxt Numeyanı Avstraliya, Yaponiya, Sinqapur və digər ölkələrlə birləşdirən La Tontouta Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.

Ötən həftə Fransa prezidenti Emmanuel Makron may ayında iğtişaşlara səbəb olan seçki islahatlarının dayandırıldığını elan edib.
Xatırladaq ki, Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO