Fransada korrupsiya SKANDALI - Partiya sədrinə cinayət işi AÇILDI

Fransada korrupsiya SKANDALI - Partiya sədrinə cinayət işi AÇILDI

Hazırda oxunan: Fransada korrupsiya SKANDALI - Partiya sədrinə cinayət işi AÇILDI

197748

Fransada 2022-ci il parlament seçkiləri zamanı seçki kampaniyası dövründə dövlət vəsaitini mənimsənilməsi ilə əlaqədar Respublikaçılar partiyasının sədri Erik Siottiyə qarşı Nitsada istintaq işi açılıb.

Bizim.Media xəbər verir ki, bu, Respublikaçılar partiyasının sədrinə qarşı 2022-ci ildən bəri açılan artıq üçüncü istintaq işidir. İstintaq Antikorrupsiya Assosiasiyasının hesabatından sonra mayın 31-da açılıb.

Dövlət vəsaitinin mənimsənilməsinə dair məlumat 2022-ci ildə Alp-Maritim seçki dairəsindən olan Antikorrupsiya Assosiasiyasının referenti tərəfindən verilib. Sənaye və ticarət palatasına Nitsa limanında verilmiş pulsuz parkinq kartlarından sui-istifadə edildiyi bildirilir. Assosiasiyanın hesabatında qeyd edilir ki, partiya sədri E. Siottinin qohumları və yaxınları ən azı 8 belə kartdan yararlanıb.
Xatırladaq ki, 2022-ci ilin noyabrında Milli Maliyyə Prokurorluğu Siottinin keçmiş həyat yoldaşı Karolin Manyenin icra etdiyi işlərlə bağlı dövlət vəsaitinin mənimsənilməsinə dair istintaqa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO