Avro 2024: Polşa - Hollandiya matçı öncəsi insident yaşanıb - VİDEO

Avro 2024: Polşa - Hollandiya matçı öncəsi insident yaşanıb - VİDEO

Hazırda oxunan: Avro 2024: Polşa - Hollandiya matçı öncəsi insident yaşanıb - VİDEO

197583

Hamburqda balta və molotov kokteyli ilə silahlanmış şəxs Avro 2024-də Polşa - Hollandiya matçı öncəsi azarkeşlərə və polis əməkdaşlarına hücum edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı məlumatı “Bild” yayıb.

Məlumata görə, polis onu ram etmək üçün gözyaşardıcı qazdan, daha sonra isə odlu silahdan istifadə edib.
İnsidentə cəhd edən şəxs ayağından güllə yarası alıb. O, dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib.

 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO