Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan beş məhkum cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.
Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər 112 “Telegram” kanallarında yayılıb.
Məlumata görə, 5 təqsirləndirilən şəxs istintaq təcridxanasındakı kameranın pəncərə barmaqlıqlarını sındıraraq növbətçi otağına daxil olaraq Federal Penitensiar Xidmətin əməkdaşlarını - əməliyyat idarəsinin rəisi polkovnik-leytenant Aleksandr B. və kiçik inspektoru girov götürüblər.
İstintaq təcridxanasının növbətçi xidmətinin məlumatına görə, cinayətkarlar arasında artıq “terrorçuluq” maddəsi ilə məhkum olunmuş bir neçə nəfər də var.
Bizim.Media