HƏMAS BMT TŞ-nin atəşkəs qətnaməsi ilə RAZILAŞDI

HƏMAS BMT TŞ-nin atəşkəs qətnaməsi ilə RAZILAŞDI

Hazırda oxunan: HƏMAS BMT TŞ-nin atəşkəs qətnaməsi ilə RAZILAŞDI

196829

Fələstinin radikal HƏMAS hərəkatı BMT Təhlükəsizlik Şurasının təqdiqlədiyi atəşkəs qətnaməsi ilə razılaşdığını və danışıqlara hazır olduğunu açıqlayıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Sami Əbu Zuhri məlumat yayıb.

"HƏMAS BMT Təhlükəsizlik Şurasının atəşkəs, İsrail qoşunlarının çıxarılması və girovların İsrail tərəfindən saxlanılanlarla dəyişdirilməsi ilə bağlı qətnaməsini qəbul edir", - deyə Zuhri bildirib.

Qeyd edək ki, ötən gün BMT Təhlükəsizlik Şurası ABŞ prezidentinin mayın 31-də elan etdiyi Qəzza zolağında üç fazalı atəşkəs rejiminin dərhal həyata keçirilməsini tələb edən qətnamə qəbul edib.

Layihə Qəzzada dərhal tam atəşkəsi, İsrail qoşunlarının Qəzza zolağında məskunlaşmış ərazilərdən çıxarılması, girovların azad edilməsini əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO