Rəsmi Moskva Qaregin Njdenin abidəsinin sökülməsini tələb edib - Rusiyalı EKSPERT 

Rəsmi Moskva Qaregin Njdenin abidəsinin sökülməsini tələb edib - Rusiyalı EKSPERT 

Hazırda oxunan: Rəsmi Moskva Qaregin Njdenin abidəsinin sökülməsini tələb edib - Rusiyalı EKSPERT 

19660

Xocavəndə faşist Qaregin Njdeyə qoyulan abidə mayın 9-na kimi sökülməlidir.

Bizim.Media-nın məlumatına görə, bunu APA-ya açıqlamasında Təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib. 

O bildirib ki, Rusiya nasistlərin tərəfdarlarının xatirəsinin əbədiləşdirilməsini öz ərazisində olduğu kimi postsovet ölkələri ərazisində də alqışlamır:

“Rusiyanın Armavir şəhərində Üçüncü Reyxin generalı olmuş Njdenin lövhəsini yığışdırdılar. İndi isə növbə Rusiya sülhməramlılarının olduğu ərazidə faşistə ucaldılmış abidənindir. Rusiya sülhməramlıları mayın 9-da bütün sovet xalqlarının faşizm üzərində qələbəsinin ildönümünü qeyd edəcəklər və onların yanında faşist generalı Qaregin Njdenin abidəsi olacaq.

O zaman belə çıxır ki, Rusiya əsgərlərinin bir qrupu Qələbə paradı keçirir, digər qrupu isə faşist Njdenin abidəsini mühafizə edir? Əlbəttə ki, bu, nonsensdir. Bu məsələni dərhal həll etmək lazımdır. Rusiya sülhməramlıları yerli ermənilərə izah etməlidirlər ki, rus əsgərləri olan yerdə faşizm simvollarına yer yoxdur. Məndə olan məlumata görə, Rusiya tərəfi abidənin sökülməsini tələb edib. Hesab edirəm ki, Böyük Qələbənin ildönümünün qeyd edilməsi ərəfəsində Rusiya və nasizmi inkar edən dünya ictimaiyyətinin üzvləri əllərindən gələni etməlidirlər ki, bu abidə sökülsün”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO