Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

Hazırda oxunan: Yunanıstanda itkin düşən BBC aparıcısı ölü tapıldı

196456

Yunanıstanın Simi adasında itkin düşən BBC-nin aparıcısı Maykl Moslinin 5 gün davam edən axtarışlardan sonra ölü tapıldığı bildirilib.

Bizim.Media xəbər verir ki, Yunan mətbuatı bu gün səhər saatlarında adaya tətil üçün gələn 68 yaşlı Moslinin cansız bədəninin Aya Marina çimərliyi yaxınlığındakı qayalıq ərazidən tapıldığını yazır.

Çərşənbə günü itən Moslinin cəsədinin ölüm səbəbinin müəyyən edilməsi üçün Rodos Ədli Tibb İnstitutuna aparıldığı və hazırda cinayət tərkibinə rast gəlinmədiyi qeyd edilib.

Səlahiyyətlilər onun yıxılması nəticəsində başından aldığı xəsarətlərdən ölməsi ehtimalını nəzərdən keçirdiklərini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO