Rusiya FIDE üzvlüyündən ÇIXARILDI

Rusiya FIDE üzvlüyündən ÇIXARILDI

Hazırda oxunan: Rusiya FIDE üzvlüyündən ÇIXARILDI

196337

Rusiya iki il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) üzvlüyündən çıxarılıb.

Bizim.Media “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu qərar Ukrayna tərəfinin şikayəti əsasında qəbul edilib.

Şikayətdə ölkənin nəzarətində olan və beynəlxalq ictimaiyyətin Ukrayna ərazisi kimi tanınan Donetsk, Luqansk, Zaporojye, eləcə də Krım bölgələrində fəaliyyət göstərən şahmat klublarının Rusiyanın Şahmat Federasiyasının üzvlüyünə qəbul edilməsi kəskin pislənilib.

Bununla yanaşı, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçə Rusiya Şahmat Federasiyasının Himayəçilər Şurasının üzvü olduğuna görə töhmət elan edilib.

Qeyd edək ki, sözügedən qərar avqust ayından qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO