“Dünya iki dərəcə daha istiləşərsə, qlobal köçün qarşısını ala bilməyəcəyik” - Numan Kurtulmuş

“Dünya iki dərəcə daha istiləşərsə, qlobal köçün qarşısını ala bilməyəcəyik” - Numan Kurtulmuş

Hazırda oxunan: “Dünya iki dərəcə daha istiləşərsə, qlobal köçün qarşısını ala bilməyəcəyik” - Numan Kurtulmuş

196018

“Bu gün qarşılaşdığımız iqlim dəyişikliklərini insan özü yaradıb. Bunu sadəcə qanunlarla və dəyişikliklərlə həll edə bilmərik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş TÜRKPA-nın 13-cü Plenar İclasında deyib.

O bildirib ki, zehniyyət dəyişikliyinə ehtiyac var. İqlim dəyişikliyi, qlobal istiləşmə özü ilə bir çox digər problemləri də gətirə bilər. Dünya əgər 2 dərəcə daha istiləşərsə, qlobal köç dalğasının qarşısını ala bilməyəcəyik. Bu gün Yer üzündə yaşadığımız bütün problemlərin səbəbi insanın Yer üzünü atasının malı kimi mənimsəməsidir. Bir tərəfdən də dünyadakı yaradılışın nizamı yox edilib. Dünyanın hər nöqtəsində ədaləti təsis etməyə məcburuq”.

TBMM sədri Qəzza münaqişəsindən də danışıb:

“Dünyanın hər yerində baş verənlərin səbəbi nizamın pozulmasıdır. Qəzzada yaşananlar da buna nümunədir. Nizam və ədaləti bütün sahələrdə - siyasətdə, ekologiyada, iqtisadiyyatda tətbiq edəcəyik”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO