Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Uruqvay hökuməti tərəfindən qəbul edilən 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qanunla bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Uruqvay parlamenti tərəfindən qəbul edilən və Uruqvay Prezidentinin vəkili tərəfindən imzalanan 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qanunu rədd edir və pisləyirik.
Sözügedən qanun beynəlxalq hüquqa, xüsusilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1948-ci il qətnaməsi ilə qəbul edilən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya ziddir və etibarsızdır”, - deyə bəyanatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:26 / 04.06.2024
Türkiyə XİN: “Uruqvay hökumətinin qəbul etdiyi qanun BMT Konvensiyasına ziddir”
Hazırda oxunan: Türkiyə XİN: “Uruqvay hökumətinin qəbul etdiyi qanun BMT Konvensiyasına ziddir”
Hazırda oxunan: Türkiyə XİN: “Uruqvay hökumətinin qəbul etdiyi qanun BMT Konvensiyasına ziddir”
195714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.