Banqladeş və Hindistanda qasırğa: 40-dan çox insan həlak oldu - VİDEO

Banqladeş və Hindistanda qasırğa: 40-dan çox insan həlak oldu - VİDEO

Hazırda oxunan: Banqladeş və Hindistanda qasırğa: 40-dan çox insan həlak oldu - VİDEO

194795

"Remal" qasırğası nəticəsində Banqladeş və Hindistanda 40-dan çox insan həlak olub, 175 min ev dağılıb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.

Mənbə qeyd edir ki, siklon güclü yağışlara səbəb olub. Bu da çayların daşmasına, sürüşmələrə və ciddi daşqınlara səbəb olub.
Banqladeşin təbii fəlakətlərin idarə edilməsi üzrə naziri Mohibbur Rahman bildirib ki, ümumilikdə ölkədə 3,75 milyondan çox insan Remaldan zərər çəkib.

İnsanların təkcə irimiqyaslı dağıntılardan deyil, həm də təmiz içməli suyun olmamasından əziyyət çəkdiyi qeyd olunur.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO