Moldova bu tarixdə Aİ-yə üzvlük danışıqlarına başlayacaq

Moldova bu tarixdə Aİ-yə üzvlük danışıqlarına başlayacaq

Hazırda oxunan: Moldova bu tarixdə Aİ-yə üzvlük danışıqlarına başlayacaq

194533

Moldova hökuməti iyunun sonunda Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün bütün hazırlıq prosedurlarını başa çatdırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə respublikanın baş naziri Dorin Recan məlumat verib.

“Biz iyunun sonuna kimi Aİ-yə üzvlüklə bağlı rəsmi danışıqlara başlamaq üçün ev tapşırığını tamamlamağı hədəfləyirik”, - deyə hökumət başçısı bildirib. 
Bundan əvvəl Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mixay Popsoy bu danışıqlara Avropa Parlamentinə seçkilərdən əvvəl başlanmasının vacibliyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO