Norveç Fələstini rəsmən tanıdı

Norveç Fələstini rəsmən tanıdı

Hazırda oxunan: Norveç Fələstini rəsmən tanıdı

194516

Norveçin Fələstini müstəqil dövlət kimi tanıması barədə qərar qüvvəyə minib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eydenin hökumətin saytında dərc olunmuş bəyanatında deyilir.

“30 ildən artıqdır ki, Norveç Fələstin dövlətini ən çox dəstəkləyənlərdən biridir. Bu gün Norveçin Fələstini rəsmi olaraq dövlət kimi tanıması Norveç və Fələstin arasındakı münasibətlərdə mühüm mərhələdir”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Norveç hökuməti mayın 22-də Fələstini müstəqil dövlət kimi tanımaq qərarını açıqlayıb. Bu barədə İrlandiya və İspaniyanın hakimiyyət orqanları da məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO