ABŞ dövlət katibi: \

ABŞ dövlət katibi: \"Bayden Türkiyəni günahlandırmayıb\" 

Hazırda oxunan: ABŞ dövlət katibi: \"Bayden Türkiyəni günahlandırmayıb\" 

19444

ABŞ Prezidenti Co Bayden  Osmanlı İmperiyasındakı "erməni soyqırımı" ndan danışarkən Türkiyəni günahlandırmayıb, sadəcə anım gününün qurbanlarını yad edib”

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

O “Baydenin uzun müddətdir 1915-ci il hadisələrini “soyqırımı” kimi şərh etməsi səbəbindən bu açıqlama gözlənilən idi. Prezident Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı bir görüş gerçəkləşdirib. Onun “erməni soyqırımı” açıqlaması sürpriz olmamalıdır”, deyə bildirib.

Dövlət katibinin sözlərinə görə, ABŞ Rusiyanın S-400 sistemlərini almaqdan imtina etməsi məsələsində Türkiyəyə qarşı son dərəcə açıq mövqe sərgiləyir: 

“S-400 müdafiə sistemləri ABŞ-ın təhlükəsizliyini risk qarşısında qoyur. Türkiyə və bütün ABŞ müttəfiqlərinin Rusiya müdafiə sistemlərini almaqdan imtina etməsi vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO