Türk qırıcısı Amerika təyyarələrindən ÜSTÜN OLACAQ

Türk qırıcısı Amerika təyyarələrindən ÜSTÜN OLACAQ

Hazırda oxunan: Türk qırıcısı Amerika təyyarələrindən ÜSTÜN OLACAQ

194311

Türkiyənin milli qırıcısı olan KAAN-ın ikinci uçuş sınağını tamamlaması dünyanın bir sıra mətbuat orqanlarının gündəminə düşüb.

Bizim.Media xəbər verir ki, Amerikanın "Military Leaks" jurnalında dərc olunan analitik məqalədə təyyarənin bu sınaqları uğurla başa vurduğu bildirilir.

10 min fut (3 kilometr) yüksəklikdə 14 dəqiqə havada qalan və saatda 426 kilometr sürətə çatan KAAN-ın performansı “inanılmaz” olaraq qiymətləndirilib.

2023-cü ilin fevral ayından sınaqdan keçirilən KAAN-ın 55 min fut (yerdən 16,7 kilometr yüksəklik) yüksəklikdə saatda 2222 km sürətə çatması gözlənilir.
Məqalədə vurğulanır ki, ikimühərrikli KAAN bütün hava şəraitində işləyə biləcək və Türkiyə Hərbi Hava Qüvvələrinin xidmətində olan F-16 qırıcılarını əvəz edəcək.

Amerikanın “Breaking Defense” nəşri yazır ki, 20 KAAN döyüş təyyarəsi 2028-ci ildə istifadəyə veriləcək.

“Türkiyə rəsmiləri milli təyyarələrinin F-35-dən üstün olacağına inanır. Rəsmilər KAAN-ın təkmühərrikli F-35-dən fərqli olaraq iki mühərrikə malik olduğunu vurğulayırlar”, - məqalədə deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO