“Rusiya ordusu Xarkovdakı "Episentr" ticarət mərkəzinə zərbəni UMPB D-30 topları ilə həyata keçiriblər”.
Bizim.Media xəbər verir ki, bu barədə regional polis rəisi Vladimir Timoşko məlumat verib.
“UMPB D-30 universal növlərarası döyüş sursatıdır. O, rusların qanadları və idarəetmə səthləri olan modulla yenidən təchiz etdiyi FAB-250 bazasında yaradılıb. Bu da bombanın hədəfə doğru sürüşməsinə və naviqasiya blokundan alınan məlumatlar əsasında trayektoriyasını tənzimləməsinə imkan verir”, deyə Timoşko qeyd edib.
Bildirilib ki, sursat həmçinin uçuş məsafəsini artıran motorla təchiz olunub.
Qeyd edək ki, daha əvvəl bölgə rəhbəri Oleq Sinequbov hipermarkete hücumun iki KAB tərəfindən həyata keçirildiyini bildirmişdi.
Xatırladaq ki, hücum nəticəsində 2 nəfər ölüb, 24 nəfər xəsarət alıb, 15 nəfər isə itkin düşüb.
- A-
- A
- A+
Dünya
20:00 / 25.05.2024
Ruslar Xarkovdakı ticarət mərkəzini BU SURSATLA vurub - VİDEO
Hazırda oxunan: Ruslar Xarkovdakı ticarət mərkəzini BU SURSATLA vurub - VİDEO
Hazırda oxunan: Ruslar Xarkovdakı ticarət mərkəzini BU SURSATLA vurub - VİDEO
194039
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.