İranın 3 keçmiş prezidenti - Məhəmməd Hatəmi, Mahmud Əhmədinejad və Həsən Ruhani Rəisinin dəfn mərasimindən fotolarda görünməyiblər və yalnız başsağlığı mesajları göndərməklə kifayətləniblər.
Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
Mənbə qeyd edir ki, onların mərasimdə iştirak etməməsi İran siyasətində nadir hadisədir və bu mövcud siyasi mənzərə müzakirələrə səbəb olub.
Xatəmi və Ruhani mesajlarında Rəisini “şəhid” adlandırıblar, Əhmədinejad isə bu termindən bəhs etməyib.
Yeri gəlmişkən, İranda məmurun vəzifəsini yerinə yetirərkən vəfat etməsi “şəhid” statusu verir.
Əhmədinejadın Ekspertlər Assambleyasının iclasında qara əvəzinə ağ paltar geyindiyi də müzakirə obyektivinə çevrilib.
Bizim.Media