“Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər ağır texnikası yoxdur və yaxınlarda səfərbər olanları təmin edə bilmir”.
Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” yazıb.
“Səfərbərlik haqqında yeni qanun Ukrayna ordusunu minlərlə yeni əsgərlə doldursa da, onlar üçün kifayət qədər ağır texnika yoxdur. Ukraynalılar qolf arabalarında döyüşə getməyə hazır deyillər, lakin avadanlıqla bağlı vəziyyət pisləşərsə, hər şey tam olaraq belə olacaq”, - deyə nəşr yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bəzi kateqoriyaya aid məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına səfərbər edilməsinə icazə verən qanunu imzalayıb. Bundan sonra 4,5 min məhbus şərti azadlığa buraxılması müqabilində cəbhəyə getməyə razılaşıb.
Qanuna görə, ağır cinayətlərdə, xüsusilə qəsdən adam öldürmə, zorlama, cinsi zorakılıqda təqsirli bilinən şəxslər eyni zamanda milli təhlükəsizlik əsaslarına qarşı cinayətlərə görə cəza alanlar səfərbər oluna bilməzlər.
Həmçinin Zelenski ölkədə səfərbərlik və hərbi vəziyyətin avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:44 / 22.05.2024
KİV: Ukraynanın ağır texnikası yoxdur, döyüşə qolf arabalarında gedəcəklər
Hazırda oxunan: KİV: Ukraynanın ağır texnikası yoxdur, döyüşə qolf arabalarında gedəcəklər
Hazırda oxunan: KİV: Ukraynanın ağır texnikası yoxdur, döyüşə qolf arabalarında gedəcəklər
193385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.