İnsan yaşlanmasının üç mərhələsi

İnsan yaşlanmasının üç mərhələsi

Hazırda oxunan: İnsan yaşlanmasının üç mərhələsi

19329

Stanford Universitetinin (ABŞ) tədqiqatçıları insan orqanizmində gündəlik yaşlanma konsepsiyasını araşdıraraq, bədənin əhəmiyyətli dərəcədə dəyişdiyi zaman üç zaman nöqtəsini qeyd edib.

Alimlər 18 ilə 95 yaş arasındakı 4263 insanın qan plazmasını araşdırıb. Təxminən üç min fərqli zülal növünü araşdırdıqdan sonra, onların nisbətlərinin on illərdir dəyişmədiyi qənaətinə gəlib.

Tədqiqatda iştirak edən, 34, 60 və 78 yaş həddində olanlarda, protein səviyyəsində əhəmiyyətli dəyişikliklər tapılıb.

Görünən fərqlənmələr bütövlükdə bədəndəki dəyişikliklərlə əlaqəli ola bilər. Zülalların və ya qan tərkibinin qocalığa necə təsir etdiyi hələ dəqiq deyil.

Fevral ayında Yaponiya alimlərinin yaşlanmanı dayandıra bilən və bədəni cavanlaşdıran dərman tapdıqları bildirildi.

Tokyo Universitetinin Tibb İnstitutunun professoru Makoto Nakanişinin sözlərinə görə, bu preparatın istifadəsi 5-10 il ərzində başlaya bilər. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO