Erməniəsilli iş adamı ABŞ sanksiyalarına MƏRUZ QALDI

Erməniəsilli iş adamı ABŞ sanksiyalarına MƏRUZ QALDI

Hazırda oxunan: Erməniəsilli iş adamı ABŞ sanksiyalarına MƏRUZ QALDI

192461

ABŞ iki rusiyalı iş adamı və üç rus şirkətinə qarşı sanksiya tətbiq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər onların Rusiya və Şimali Koreya arasında müdafiə sahəsində əməkdaşlıqda iştirakına görə tətbiq edilib.

Sanksiyalara “Rafort” MMC-nin sahibi erməniəsilli Rafael Qazaryan, “Technologies” MMC-nin rəhbəri Aleksey Budnev, həmçinin Trans-Capital, Rafort və Technologies şirkətləri daxildir.

“Bugünkü qərarlarımız Şimali Koreyanın Rusiya ilə dərinləşən hərbi əməkdaşlığının qarşısını almaq öhdəliyimizi əks etdirir”, - deyə Maliyyə Nazirliyinin Maliyyə Kəşfiyyatı və Terrorla Mübarizə üzrə müavini Brayan Nelson bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO