Rusiyanın yeni müdafiə nazirinin DOSYESİ

Rusiyanın yeni müdafiə nazirinin DOSYESİ

Hazırda oxunan: Rusiyanın yeni müdafiə nazirinin DOSYESİ

191741

Xəbər verdiyimiz kimi, Sergey Şoyqunun yerinə Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə Vladimir Putin tərəfindən Andrey Belousov təklif edilib.

Bizim.Media yeni nazirin tərcümeyi-halını sizə təqdim edir.

▪️ Andrey Belousov 17 mart 1959-cu ildə anadan olub, 1981-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

▪️1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunda işləyib.

▪️1986-2006-cı illərdə SSRİ Elmlər Akademiyasının İqtisadiyyat və Elmi-Texniki Tərəqqinin Proqnozlaşdırılması İnstitutunun/Rusiya Elmlər Akademiyasının Milli İqtisadiyyatın Proqnozlaşdırılması İnstitutunun əməkdaşı olub.

▪️2000-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.

▪️2000-2006-cı illərdə baş nazirin ştatdankənar müşaviri olub.

▪️2006-2008-ci illərdə iqtisadi inkişaf və ticarət nazirinin müavini işləyib.

▪️2008-2012-ci illərdə Hökumətin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru olub.

▪️2012-2013-cü illərdə iqtisadi inkişaf naziri vəzifəsində çalışıb.

▪️2013-2020-ci illərdə prezidentin köməkçisi olub.

▪️21 yanvar 2020-ci ildə baş nazirin birinci müavini vəzifəsinə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO