Türkiyədə 152 nəfər kimyəvi maddədən zəhərləndi

Türkiyədə 152 nəfər kimyəvi maddədən zəhərləndi

Hazırda oxunan: Türkiyədə 152 nəfər kimyəvi maddədən zəhərləndi

191412
Türkiyənin Siirt vilayətinin Akbaş kəndində kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib.

Moderator.az-ın APA-ya istinadən verdiyi məlumata görə, tərkibində kimyəvi maddə olduğu bildirilən qazın sızması nəticəsində 152 nəfər zəhərlənib.

Səhiyyə Nazirliyinin məlumatına görə, kənd sakinlərində kütləvi ürək bulanması və qusma halları qeydə alınıb, müvafiq xidmətlərin əməkdaşları hadisə yerinə cəlb olunub. 92 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 60 sakin kənd yaxınlığında qurulan çadırlara köçürülüb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO