Prezident qanunların sərtləşdirilməsini istədi

Prezident qanunların sərtləşdirilməsini istədi

Hazırda oxunan: Prezident qanunların sərtləşdirilməsini istədi

1914

Belarusiyada etiraz dalğaları səngimir. Svetlana Tixanovskayanın 26 oktyabrda ümumi tətil elan etməsindən sonra, yeni etiraz dalğalarının aktivləşməsi müşahidə olunur.

Tətillər, etiraz aksiyaları ölkənin bir neçə şəhərində hər gün davam etdirilir.

Bizim.Media BELTA xəbər agentliyinə istinadən xəbər verir ki, Lukaşenko baş verənləri terror müharibəsi adlandırıb və etirazların yatırılması istiqamətində qanunvericiliyin daha da sərtləşdirilməsini istəyib.

“Belarusiya hökuməti ölkənin vahidliyinə səs verərək, müstəqil və davamlı bir dövlətin tərəfdarları olan əksər vətəndaşların maraqlarını qətiyyətlə müdafiə edir” – deyə Lukaşenko bu gün xarici dövlətlərin səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO