Aprel Braziliyada pandemiyanın ən ölümcül ayı oldu

Aprel Braziliyada pandemiyanın ən ölümcül ayı oldu

Hazırda oxunan: Aprel Braziliyada pandemiyanın ən ölümcül ayı oldu

19074

Aprel ayının sonuna 5 gün qalmasına baxmayaraq, 2021-ci ilin bu ayı Braziliyada pandemiyanın ən ölümcül ayı sayılır.

Bizim.Media xəbər verir ki, son 25 gündə ölkədə COVID-19-dan 67 min 723 ölüm hadisəsi qeydə alınıb.

Məlumata görə, Braziliyada koronavirus pandemiyasının bütün dövrü ərzində 390 mindən çox insan həyatını itirib. Bunun da 17 faizi məhz bu ayın payına düşür.

Təkcə son 24 saat ərzində 70 min 105 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Beləliklə, pandemiya başlayandan bəri ölkədə 14 378 320 nəfərə COVID-19 xəstəliyi diaqnozu qoyulub.

2020-ci ildə koronavirusdan ölənlərin sayına (32 912 nəfər) görə antirekord iyul ayında müəyyən edilib.

Bu gün Braziliyada COVID-19-a qarşı peyvənd olunanların sayı 28,9 milyon nəfər təşkil edir ki, bu da ölkə əhalisinin 13,68 faizi deməkdir.

Onlardan 12 499 298 nəfərə “CoronaVac” və “AstraZeneca” vaksinlərinin hər iki dozası vurulub. Bu isə, ölkə əhalisinin yalnız 5,9 faizini təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO