Makrondan Çinlə bağlı AÇIQLAMA: “Avropanın onlara ehtiyacı var”

Makrondan Çinlə bağlı AÇIQLAMA: “Avropanın onlara ehtiyacı var”

Hazırda oxunan: Makrondan Çinlə bağlı AÇIQLAMA: “Avropanın onlara ehtiyacı var”

190503

Avropa ölkələrinə təhlükəsizlik və iqlim dəyişikliyi də daxil olmaqla qlobal problemləri həll etmək üçün Çin lazımdır.

Bizim.Media xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “La Tribune” nəşrinə müsahibəsində deyib.

“İstər iqlim, istərsə də təhlükəsizlik məsələlərində Çinə ehtiyacımız var. Fransa və Avropanın rolu Çini bu mühüm məsələlər üzrə beynəlxalq müzakirələrə cəlb etməyə imkan verən balanslaşdırıcı qüvvə olmaqdır”, - deyə o vurğulayıb.
İqtisadiyyata gəlincə, bu məsələdə Makron Çinlə əməkdaşlığı davam etdirərək Avropa suverenliyinin gücləndirilməsinin tərəfdarı olub.

“Mən Çindən uzaq durmağı təklif etmirəm. Bununla belə, mən hesab edirəm ki, biz milli təhlükəsizliyimizi və suverenliyimizi qorumaq üçün daha yaxşı iş görməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO