Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Şarl Mişel rəsmi “X” hesabında məlumat verib:
“Kobaxidze ilə telefon danışığında Gürcüstanda baş verən son hadisələri müzakirə etdik və ölkələrinin Avropa gələcəyini birinci yerə qoyan bütün gürcülərə Aİ-nin tam dəstəyini bir daha vurğuladıq.
Gürcüstan vətəndaşlarının açıq demokratik və plüralist cəmiyyət çağırışına qulaq asmaq lazımdır”, - deyə Mişel qeyd edib.
O bildirib ki, canlı müzakirə təməl daşıdır və indi həqiqi dialoqa ehtiyac var: “Gürcüstanın gələcəyi Aİ-dən asılıdır. Bu tarixi şansı qaçırmayın”.
In a phone call with @PM_Kobakhidze discussed the recent developments in Georgia and reiterated EU’s full support to all Georgians who put European future of their country first.
— Charles Michel (@CharlesMichel) May 3, 2024
Georgian citizens' call for an open democratic and pluralistic society must be heeded.
Vibrant…
Bizim.Media