Son iki həftə ərzində, aprelin 17-dən mayın 1-dək İranda barələrində ölüm hökmü çıxarılmış 63 məhbus edam olunub.
Bizim.Media "iranintl.com" saytına istinadən xəbər verir ki, bunu İran İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mahmud Əmiri-Müqəddəm deyib.
Təşkilatın hesabatına əsasən, bu il başlayandan İrandakı müxtəlif həbsxanalarda 171 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub.
“Beynəlxalq ictimaiyyətin edamlara münasibət bildirməməsi yenilərinin baş verməsinə yol açır. İnsan hüquqlarına əməl edib, İranla diplomatik əlaqə saxlayan dövlətlər bu məsələyə diqqət etməlidir”, - deyə Mahmud Əmiri-Müqəddəm bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:52 / 03.05.2024
İranda 63 məhbus edam olundu - SON 2 HƏFTƏ ƏRZİNDƏ
Hazırda oxunan: İranda 63 məhbus edam olundu - SON 2 HƏFTƏ ƏRZİNDƏ
Hazırda oxunan: İranda 63 məhbus edam olundu - SON 2 HƏFTƏ ƏRZİNDƏ
190245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.