Fransanın paytaxtında Ermənistana qarşı fərdi etiraz aksiyası baş tutub.
Bizim.Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Fransanın Paris şəhərində yaşayan və təhsil alan gənc soydaşımız İsgəndər Əsgərovun təşəbbüsü ilə Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq fərdi aksiya keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Vaşinqtonda Baydenə ETİRAZ - Türk və Azərbaycan icmalarının AKSİYASI - FOTOLAR
Parisdəki parlament binasının önündə baş tutan aksiya zamanı soydaşımız "Minalanmış torpaqlarımızın xəritəsini istəyirik!" tələbini nümayiş etdirib.
Bununla da İ.Əsgərov parislilərin diqqətini Ermənistanın beynəlxalq humanitar hüququ və etnik azərbaycanlıların 30 ilə yaxın müddət ərzində həsrətini çəkdikləri doğma yurd-yuvalarına qayıtmaq, orada yaşamaq hüququnu məqsədli şəkildə və kobudcasına pozduğuna cəlb edib.
Bizim.Media