Tramp mühafizəkar qadınların ümidinə qalıb

Tramp mühafizəkar qadınların ümidinə qalıb

Hazırda oxunan: Tramp mühafizəkar qadınların ümidinə qalıb

1898

Amerikada bu gün keçiriləcək prezident seçkilərində Donald Tramp qadınların dəstəyini itirmiş sayılır.

Bizim.Media “Euronews”a istinadən bildirir ki, zərif cinslərin Trampa 2016-cı ildə olan rəğbəti onun qalib olmasında əsas faktorlardan biri idi. Həmin seçkilər dönəmində Donald Amerika qadınlarının kumiri sayılırdı. 

Amma ABŞ prezidenti dörd illik hakimiyyəti dönəmində bu sevgini qoruyub saxlaya bilməyib. Bir il əvvəl Donald Trampın gəlini Laranın yaratdığı  “Qadınlar Tramp üçün” adlı işsiz qadınların dəstəyi və inkişafı koalisiyası da keçirdiyi sorğularda ortayaşlı qadınların artıq öz kumirlərinə heç bir inamın qalmadığı qənaətinə gəliblər. 

Tramp özü də oktyabr ayında təşkil olunan seçki təbliğatı mitinqində qadınlara üz tutaraq onlardan ona olan sevginin geri qayıtmağını xahiş edib. 

Trampa səs verən Texaslı xanım seçici Şavna Censen : "2016-cı ildə ona səs verməkdə səhv etdim. Bu dəfə səhvimi düzəldəcəm” - deyərək dəstək olduğu üçün peşmanlığını dilə gətirib.

Bunlara baxmayaraq Donald Trampı dəstəkləyən az da olsa qadınlar var. Həmin qadınlar əsasən mühafizəkarlardır:

“Mən ona dəstək verirəm, çünki onun etdikləri tarixi ənənələrə dayanır, atalarımızın Amerika üçün etmək istədiyi dəyərlərə söykənir”- deyə Filadelfiyadan olan seçici Suzan Bleyds bildirib.

Səkinə Yusibli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO