Bayden “erməni soyqırımı” ifadəsini işlətdi - SON DƏQİQƏ

Bayden “erməni soyqırımı” ifadəsini işlətdi - SON DƏQİQƏ

Hazırda oxunan: Bayden “erməni soyqırımı” ifadəsini işlətdi - SON DƏQİQƏ

18976

ABŞ Prezidenti Co Bayden bu gün rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü "soyqırım" adlandırıb.

Bizim.Media "TASS"-a istinadla xəbər verir ki, Bayden sözügedən ifadəni “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib.

Qeyd edək ki, Bayden qondarma “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.

Bayden “hər il bu gün Osmanlı İmperiyası dövründə erməni soyqırımı zamanı ölənlərin həyatını xatırlayırıq və bir daha bu cür vəhşiliklərin təkrarlanmasının qarşısını alacağımıza söz veririk.

1915-ci il aprelin 24-dən, Osmanlı rəhbərliyi dövründə Konstantinopoldakı erməni ziyalıları və icma liderləri, bir milyon yarım ermənini məhv kampaniyası çərçivəsində deportasiya edilib,   öldürülüb və ya ölümə göndərilib "deyə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO