Ukraynalılar kütləvi formada Rusiya vətəndaşlığını qəbul edir - ŞOK STATİSTİKA

Ukraynalılar kütləvi formada Rusiya vətəndaşlığını qəbul edir - ŞOK STATİSTİKA

Hazırda oxunan: Ukraynalılar kütləvi formada Rusiya vətəndaşlığını qəbul edir - ŞOK STATİSTİKA

18924

Rusiya pasportu olan Donbas sakinlərinin sayında kütləvi artım olduğu proqnozlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması məlumat yayıb.

Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) Rusiya pasportlu sakinlərinin sayı ilin sonuna qədər bir milyona qədər arta bilər. Kütləvi artımı Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədr müavini Viktor Vodolatski deyib.

Onun sözlərinə görə hazırda 538 min Donbas sakini Rusiya vətəndaşlığını alıb:

“Bu gün mövcud olan proqnozlara görə, bu ilin sonuna qədər Donbasın bir milyona qədər sakini Rusiya vətəndaşı olacaq".

Vodolatski qeyd edib ki, Rusiya vətəndaşlığı almaq marağında olanlar vaxtaşırı qeydə alınır:

“Bu hadisə Ukrayna siyasətçilərinin, xüsusən də ölkə prezidenti Vladimir Zelenskinin bölgədə zorla “nizamı bərpa etmək” planları ilə bağlı açıqlamalarından sonra baş verib. 

Qeyd edək ki, Donbas sakinlərinə Rusiya pasportlarının sadələşdirilmiş şəkildə verilməsi haqqında fərman 24 aprel 2019-cu il tarixində Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO