ABŞ Ukraynaya bu silahları GÖNDƏRƏCƏK

ABŞ Ukraynaya bu silahları GÖNDƏRƏCƏK

Hazırda oxunan: ABŞ Ukraynaya bu silahları GÖNDƏRƏCƏK

189215

Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun “Ramştayn” formatı kimi tanınan iclasında ən önəmli prioritet Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məsələsi olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin aprelin 26-da müdafiə nazirləri səviyyəsində keçirilən “Ramştayn” formatındakı iclasın açılışında bildirib.

“Biz xüsusilə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə diqqət yetirəcəyik ki, Ukrayna öz səmasını həqiqətən də bağlaya bilsin. Bu, hazırda bizim üçün ən önəmli prioritetdir”, - L.Ostin qeyd edib.
Onun sözlərinə görə, Ukraynanın işğal olunmuş torpaqlarını azad edə bilməsi üçün daha çox artilleriya sisteminə ehtiyacı var.
Pentaqon rəhbəri söz verib ki, Qərb ölkələri Ukraynaya kömək etmək üçün əllərindən gələni edəcəklər.

O bildirib ki, son iki ildə Təmas qrupunun üzvləri Ukraynaya 70-dən çox orta və uzunmənzilli hava hücumundan müdafiə (HHM) kompleksi təhvil veriblər.

“3000-dən çox zirehli texnika, o cümlədən 800-dən çox döyüş tankı təmin etmişik. Habelə, Ukraynaya on minlərlə tank əleyhinə raket vermişik”,- Pentaqon rəhbəri deyib və əlavə edib ki, bu il Ukraynaya ilk olaraq, F-16 qırıcıları tədarük olunmağa başlayacaq.

“Hədiyyə olunan F-16 eskadronları Ukraynaya pilot və xidmət işçiləri ilə birlikdə gəlməyə başlayacaq”, - L.Ostin əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO