60 yaşlı qadın gənc görünüşü sayəsində "Miss Argentina" müsabiqəsində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Oddity Central” nəşri yazıb.
60 yaşlı hüquqşünas və jurnalist Alejandra Marisa Rodriguez bu yaxınlarda Miss Buenos Ayres müsabiqəsinin qalibi olub və indi Miss Argentinada yarışacaq.
Qadın yaşından gənc görünüşü ilə münsiflər heyətini heyrətləndirərək minlərlə gənc rəqibini üstələyib.
"Miss Buenos Aires 2024 titulunu qazandığım üçün çox xoşbəxtəm və fəxr edirəm. Mən bütün qadınlara göstərmək istəyirəm ki, gözəlliyin yaşı yoxdur və biz maneələri dəf edə bilərik. Gözəlliyin son istifadə tarixi yoxdur, gözəl olmaq üçün sadəcə özünə güvənmək və real olmaq lazımdır", - deyə Alejandra açıqlamasında bildirib.
Görünüşündən və 60 yaşında necə gözəl görünməyi bacardığından danışan Rodrigez həftədə üç dəfə məşq etdiyini, aralıq oruc tutduğunu və sağlam qidalanmağa çalışdığını, həmçinin yaxşı dəri kremlərindən istifadə etdiyini bildirib.
Bundan əlavə, qadın gözəlliyinin sirrini boşanması və hazırda da subay qalması ilə əlaqələndirib.
- A-
- A
- A+
Dünya
00:31 / 26.04.2024
"Miss Argentina" seçilən qadın yaşı ilə TƏƏCCÜBLƏNDİRDİ - VİDEO
Hazırda oxunan: "Miss Argentina" seçilən qadın yaşı ilə TƏƏCCÜBLƏNDİRDİ - VİDEO
Hazırda oxunan: "Miss Argentina" seçilən qadın yaşı ilə TƏƏCCÜBLƏNDİRDİ - VİDEO
189035
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.