Dünyada koronavirus əleyhinə 1 milyard peyvənd vurulub

Dünyada koronavirus əleyhinə 1 milyard peyvənd vurulub

Hazırda oxunan: Dünyada koronavirus əleyhinə 1 milyard peyvənd vurulub

18890

Yaxın günlərdə dünyada koronavirus əleyhinə vurulan peyvəndlərin sayı 1 milyardı ötəcək.

Bizim.Media TASS Agentliyinə istinadla xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, aprelin 22-si tarixinə dünyada ümumilikdə 966 milyon peyvənd vurulub. Dünyada hər gün təxminən 16 milyon peyvənd vurulur. Beləliklə, 1 milyardlıq hədd bu həftəsonu keçiləcək.

“Bloomberg”in baş ofisinin yerləşdiyi ABŞ-da vaksinasiya səviyyəsi adəti üzrə tam peyvənd olunanların sayı ilə deyil, tətbiq olunan peyvəndlərin sayı və ya istifadə olunan vaksin dozaları ilə qiymətləndirilir.

Beləliklə, tam peyvənd olunanların sayı hələ də 1 milyarddan əhəmiyyətli dərəcədə azdır - əksəriyyət peyvəndin yalnız ilk dozasını alıb.

Bu günə qədər Azərbaycanda koronavirusa qarşı 1,5 milyona yaxın peyvənd vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO