Ukrayna danışıqlara hazırdır, lakin Rusiya bunu istəmir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski PBS telekanalına müsahibəsində danışıb.
“Onların bütün hekayələrini, nə danışdıqlarını kəşfiyyatımızdan bilirik. Bizə məlumat ABŞ-dan ötürülür. Bizim haqda da Moskva hər şeyi bilir. Biz başa düşürük ki, o, (Rusiya prezidenti Vladimir Putin) heç bir danışıqlara hazır deyil, çünki bunu istəmir. Bu ona maraqlı deyil. Onun üçün hələ qələbə yoxdur, ancaq qələbə qazanmağını istəyir. Onun üçün əsas qələbə Ukraynanı məhv etməkdir”, deyə o bildirib.
Zelenski əlavə edib ki, “sülh istəyənlərlə” danışıqlara hazırdır:
"Putin elə düşünür ki, sülh yolu ilə nizamlanma təşəbbüsü, münaqişənin “ədalətli sülh”lə bitməsini istəyən Kiyevdən gəlməlidir. Ona görə də Ukraynanın təklif etdiyi və iyunda İsveçrədə keçirilməsi planlaşdırılan “sülh formulu” sammiti Rusiyasız keçiriləcək”, - deyə Ukrayna prezidenti qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində jurnalistlərə bildirib ki, Moskva Kiyevin Rusiya ilə danışıqlardan tamamilə imtina etməsi ilə bağlı mövqeyində hər hansı dəyişiklik qeydə almayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:56 / 16.04.2024
Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etdi
Hazırda oxunan: Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etdi
Hazırda oxunan: Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etdi
187445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.