Xəbər verdiyimiz kimi Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq nümayiş keçirilib.
Bizim.Media xəbər verir ki, Tbilisidə parlament binası yaxınlığında polis və xüsusi təyinatlılar səfərbər edilib.
Həmçinin ölkənin Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin mərkəzində keçirilən etiraz aksiyasının iştirakçılarını dinc toplantılar və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb. Bildirilib ki, Hər hansı qanun pozuntusunun dərhal polis tərəfindən qanun çərçivəsində aradan qaldırılacaq.
Bizim.Media