Qazaxıstan latın qrafikasına keçir - Yeni əlifba təsdiqlənəcək

Qazaxıstan latın qrafikasına keçir - Yeni əlifba təsdiqlənəcək

Hazırda oxunan: Qazaxıstan latın qrafikasına keçir - Yeni əlifba təsdiqlənəcək

18705

Qazaxıstan latın qrafikasında qazax dilinin yeni əlifbasını təsdiq edəcək. Qazaxıstan Dil Siyasəti Komitəsi ölkə başçısının “Qazax əlifbasının kiril əlifbasından latın qrafikasına keçirilməsinin bəzi məsələləri haqqında” Fərman layihəsini hazırlayıb.

Bizim.Media xəbər verir ki, sənəd qazax dilinin kiril əlifbasından latın qrafikasına keçidin əvvəlki nümunələrinə son dəyişiklikləri təqdim edir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu ölkə əlifbasını dəyişdirir


Qeyd edək ki, Qazaxıstanda yeni əlifbaya mərhələli keçid 2023-cü ildən 2031-ci ilə qədər planlaşdırılır.

Latın qrafikası əsasında qazax dilinin təkmilləşdirilmiş əlifbası məsələləri ilə bağlı Milli Komissiyaya əhali arasında geniş maarifləndirmə işi aparmaq tapşırılıb.

Xatırladaq ki, 2017-ci ilin oktyabrında Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev “Qazax dilinin əlifbasının kiril əlifbasından latın qrafikasına keçirilməsi haqqında” Fərman imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO