Türkiyənin Antalya şəhərində kanat xəttində qəza baş verib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəza zamanı kanat xəttinin kabinələrindən biri dirəyə dəyərək parçalanıb.
Nəticədə kabinədəki 8 nəfər qayalıq əraziyə düşüb. Hadisədə 1 nəfər ölüb, 10 nəfər yaralanıb. 15 kabinədən 98 nəfər təxliyə edilib.
Əraziyə yanğınsöndürmə, polis və xilasetmə qrupları göndərilib. Hazırda 9 kabinədə xilasetmə işləri davam edir.
Bizim.Media