Çindən Rusiyaya daha bir ZƏRBƏ 

Çindən Rusiyaya daha bir ZƏRBƏ 

Hazırda oxunan: Çindən Rusiyaya daha bir ZƏRBƏ 

186794

Çin bankları serverlər, məlumatların saxlanması sistemləri (DSS), noutbuklar və digər avadanlıqlar da daxil olmaqla elektronikanın yığılması üçün komponentlərin və dəstlərin tədarükü üçün ödənişləri bloklamağa başlayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumatlar yayılıb. 

Bloklanan məhsulların içərisində prosessorlar, cihaz korpusları, ekranlar və s. üstünlük təşkil edir.

Rus müştəriləri ilə elektronikanın yığılması üçün komponentlərin tədarükü istiqamətində uzunmüddətli müqavilələr bağlamış şirkətlər üçün də əməliyyatlar bloklanır.

"Çin faktiki olaraq komponent bazasında monopolistdir. Elektronikanın yığılması üçün qlobal komponentlərin demək olar ki, 100%-i onlar tərəfindən istehsal olunur".
Məlumata görə, Çin Rusiyaya qarşı bloklama siyasətinə ötən ilin dekabrından etibarən start verib. Buna səbəb kimi isə ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri pozduğuna görə xarici maliyyə təşkilatlarına qarşı sanksiyaların tətbiqinə imkan verən fərman imzalaması göstərilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO