Əcnəbi vətəndaşlar, o cümlədən əmək miqrantları və ya vətəndaşlığı olmayan şəxslər Rusiya telekommunikasiya operatorlarından SİM kartları yalnız biometrik məlumatlardan istifadə etməklə ala bilərlər. Həmçinin onlar kartları Dövlət Xidmətləri portalında qeydiyyatdan keçirərək, rabitə mağazalarında şəxsən əldə edə biləcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazıb. Bildirilib ki,yeni tələb Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinin hazırladığı qanun layihəsindən irəli gəlir.
Sənəddə qeyd edilib ki, mobil operatorlar əcnəbilərlə rabitə xidmətlərinin göstərilməsi üzrə müqavilələrə unikal cihaz kodunu (onun müəyyən edilməsinə imkan verən mobil qadcetin kodu) daxil etməli olacaqlar. Bundan əlavə, operatorlara belə abonentləri 10-dan çox abunəçi nömrəsinə qoşmaq qadağan ediləcək.
Qanun qüvvəyə minənədək operatorlar xarici abunəçilərlə bağlanmış müqavilələri 2025-ci il martın 1-dək yeniləməli olacaqlar. Onlar yenidən qeydiyyatdan keçməmiş nömrələrə xidmət göstərməyi dayandırmalı olacaqlar.
Qanun layihəsi Rusiya Daxili İşlər Nazirliyi, FSB, Roskomnadzor, Xarici İşlər Nazirliyi, Federal Antiinhisar Xidməti və İqtisadi İnkişaf Nazirliyinə göndərilib. Qurumlar aprelin 15-dək bununla bağlı razılığa gəlməlidirlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:53 / 11.04.2024
Rusiya miqrantlarla bağlı tələbləri növbəti dəfə sərtləşdirib
Hazırda oxunan: Rusiya miqrantlarla bağlı tələbləri növbəti dəfə sərtləşdirib
Hazırda oxunan: Rusiya miqrantlarla bağlı tələbləri növbəti dəfə sərtləşdirib
186711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.