Finlandiya Prezidenti Aleksandr Stubb NATO liderlərinə ordularını potensial münaqişəyə hazırlamaq barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiya dövlət başçısı "Financial Times"ə müsahibəsində bildirib.
Prezident Stubb NATO müttəfiqlərinin Ukraynaya təcili kömək etməli olduğunu qeyd edərək eyni zamanda öz hərbi imkanlarını gücləndirməli olduqlarını deyib. Finlandiya Prezidenti əlavə edib ki, o, Moskvanın 2030-cu ildən əvvəl NATO ölkəsinə hücum edəcəyinə inanmır.
"Rusiyanın 5-ci maddəni (NATO-nun kollektiv müdafiə bəndini) sınaqdan keçirməsi və Avropanın növbəti hədəf olması ilə bağlı kifayət qədər döyüşkən söhbətlərdən bir az narahatam. Düşünürəm ki, biz hazırlaşmalıyıq, amma məncə, bunun (Rusiyanın NATO-ya hücumu -red.) baş vermə ehtimalı çox azdır. Bütün Avropa dövlətlərinə çağırışım daha çox "Finlandiyalı" olmaqdır. Başqa sözlə, daha hazırlıqlı olmaq. Bundan qaçmaq üçün siz ən pisinə hazırlaşmalısınız", - Aleksandr Stubb qeyd edib.
Finlandiya Prezidenti bildirib ki, yaxın aylarda Kiyevi dəstəkləmək çox vacibdir, çünki Rusiya prezidenti Vladimir Putin özünü "çox inamlı hiss edir" və indidən sentyabr ayına qədər Ukraynanın cəbhə xəttindəki müdafiəsini qırmaq üçün "fürsət pəncərəsi" axtarır.
Stubb NATO ölkələrini Rusiyanın yaz hücumunu dəf etmək üçün Ukraynaya nə qədər müddət lazımdırsa və bu mərhələdə nə lazımdırsa verməyə çağırıb: "Ruslar başa düşür ki, onların fürsət pəncərəsi avqustun sonu, sentyabrın əvvəlində bağlanacaq. Ona görə də biz təcili olaraq Ukraynaya kömək etməliyik".
O, həmçinin bildirib ki, Finlandiya Ukraynanı dəstəkləmək üçün öz anbarlarını - silah-sursatları boşaldır, sonra isə yenidən anbarıları doldurur.
Avropanın hazırlığı barədə də danışan Aleksandr Stubb "Alyans və Avropa İttifaqı üçün söhbət təkcə cəbhəyanı dövlətlərin hazırlanmasından yox, hamının hazır olmasından gedir", - deyə bildirib.
Digər Avropa ölkələrinin nəzərə almalı olduğu tədbirlər arasında Stubb Finlandiyada məcburi olan hərbi xidmətə çağırışı da qeyd edib.Rusiyanın Finlandiya sərhədi boyunca hərbi mövcudluğunu artırmaq planları ilə bağlı suala cavab verən dövlət başçısı bildirib ki, Finlandiya bundan narahat deyil: "Biz bütün bunlardan narahat deyilik, lakin buna hazırıq".
O əlavə edib ki, Finlandiyanın əsas ssenarisi 2030-cu ilə qədər Rusiyanın hələ də avtoritar liderə malik olacağı və ordusunu təxminən müharibə başlamazdan əvvəlki səviyyəyə çatdıracağıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:33 / 11.04.2024
Finlandiya Prezidentindən NATO-ya potensial münaqişə XƏBƏRDARLIĞI
Hazırda oxunan: Finlandiya Prezidentindən NATO-ya potensial münaqişə XƏBƏRDARLIĞI
Hazırda oxunan: Finlandiya Prezidentindən NATO-ya potensial münaqişə XƏBƏRDARLIĞI
186656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.