Türkiyənin İstanbul şəhərində otelə silahlı basqın olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər 4 mərtəbəli otelin qarşısına gələrək tapançadan atəş açıblar.
Açılan atəş nəticəsində güllələr otelin pəncərələrinə və çölünə dəyib, bəzi güllələr isə içərisində sərnişinlərin də olduğu hərəkətdə olan avtobusun şüşələrinə dəyib. Hücumdan sonra şübhəlilər hadisə yerindən qaçıblar.
Bildirilib ki, avtobus və ya oteldə heç kim xəsarət almayıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Bizim.Media