Rusiya kəşfiyyatı: “ABŞ-dan terror aktı ilə bağlı əvvəlcədən məlumat almışdıq”

Rusiya kəşfiyyatı: “ABŞ-dan terror aktı ilə bağlı əvvəlcədən məlumat almışdıq”

Hazırda oxunan: Rusiya kəşfiyyatı: “ABŞ-dan terror aktı ilə bağlı əvvəlcədən məlumat almışdıq”

183858

Rusiya xüsusi xidmət orqanları ABŞ-dan terror aktının hazırlanması barədə, həqiqətən məlumat alıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya kəşfiyyat xidmətlərindəki mənbə bildirib.

Qeyd olunub ki, bu məlumat ümumi xarakter daşıyıb:

“Belə məlumatlar olub, amma konkret heç nə olmayıb”.
Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson (Adrienne Watson) cümə günü bildirib ki, mart ayında ABŞ hökuməti Moskvada gözlənilən terror aktı ilə bağlı xəbərdarlıq edib.

Qeyd olunub ki, bu terror aktı kütləvi toplantılar, o cümlədən konsert keçirilən ərazilərdə ola bilər.

Xatırladaq ki, ötən axşam Moskvada "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 99 nəfərin öldüyü, 150-ə yaxın şəxsin yaralandığı bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO