Türkiyədə hava kəskin dəyişib, temperatur aşağı düşüb, bəzi bölgələrə güclü qar yağıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusən Şərqi Anadolu bölgəsinə yağan qar fəsadlar törədib.
Nəticədə yollar buz bağlayıb, bəzi rayonlarda məktəblərdə bir günlük tətil elan edilib.
Hamilə və fiziki məhdudiyyətli dövlət qulluqçularına da 1 günlük inzibati məzuniyyət verilib. Yollara yağan qarın təmizlənməsi ilə bağlı aidiyyəti qurumların, bələdiyyələrin əməkdaşlarından ibarət briqadalar işə başlayıblar.
Meteoroloqlar Rizə, Ərzurum, Ağrı, Diyarbekir, Mardinətrafı, Bitlis, Bingöl, Batman, Siirt, Şırnak və Elazığın şərqində Muşun cənub və qərb rayonlarında, Hakkaridə və Vanın cənubunda yaxın günlərdə sulu qar və qar yağacağını proqnozlaşdırırlar. Səhər və gecə saatlarında mərkəzi və şərq rayonlarında buzlaşma, şaxta gözlənilir. Temperaturun 4-6 dərəcə aşağı enəcəyi ehtimal edilir.
Şərqi Anadolunun şimal və şərqində yüksək qar örtüyü olan yamaclarda uçqun təhlükəsi var.
Ümumilikdə 13 şəhərdə - Adıyaman, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Hakkari, Mardin, Muş, Siirt, Tunceli, Van, Batman, Şırnakda sarı və narıncı xəbərdarlıq elan edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:42 / 22.03.2024
Türkiyədə güclü qar yağdı, məktəblər bağlandı - FOTO
Hazırda oxunan: Türkiyədə güclü qar yağdı, məktəblər bağlandı - FOTO
Hazırda oxunan: Türkiyədə güclü qar yağdı, məktəblər bağlandı - FOTO
183741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.