Britaniyanın kral ailəsindən Uels şahzadəsi ilə bağlı ilk RƏSMİ AÇIQLAMA

Britaniyanın kral ailəsindən Uels şahzadəsi ilə bağlı ilk RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Britaniyanın kral ailəsindən Uels şahzadəsi ilə bağlı ilk RƏSMİ AÇIQLAMA

183716

Britaniyanın kral ailəsi ilk dəfə uzun müddət barəsində müxtəlif şayiələr yayılan Keyt Middletonun xəstə olduğu dövrdə nə işlə məşğul olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Saraydan verilən açıqlamada Uels şahzadəsinin evdən uşaqların inkişafı ilə bağlı layihənin üzərində işlədiyi bildirilib.

Belə ki, Middleton keçirdiyi abdominoplastika əməliyyatından sonra  2023-cü ilin yanvarında istifadəyə verilmiş Erkən Uşaqlıq Mərkəzinin Kral Fondunun (RFCEC) “Shaping Us” layihəsini inkişaf etdirir.
Mənbə, həmçinin Keytin sağaldığını iddia edir və hələlik müvəqqəti olaraq evdən işlədiyini bildirir. Onun iştirak etdiyi layihə uşaqların erkən yaşda sosial və emosional inkişaf mexanizmlərini daha yaxşı anlamaq üçün nəzərdə tutulub.

Saraydan verilən məlumata görə, Keyt mətbuatda yayılan son xəbərlərdən xəbərdardır. Bu, Kensinqton Sarayının Şahzadə Uilyamın həyat yoldaşının vəziyyəti ilə bağlı verdiyi ilk rəsmi şərhdir.

Qeyd edək ki, uzun müddətdir ortalıqda görünməyən Keyt Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi.

Bir müddət əvvəl həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO