Baydenin müşaviri Rusiya və ABŞ prezidentlərinin görüşünün şərtlərini açıqladı - FOTO

Baydenin müşaviri Rusiya və ABŞ prezidentlərinin görüşünün şərtlərini açıqladı - FOTO

Hazırda oxunan: Baydenin müşaviri Rusiya və ABŞ prezidentlərinin görüşünün şərtlərini açıqladı - FOTO

18277

Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivan deyib ki, ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasındakı görüş uyğun şərtlər altında keçirilməlidir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Co Baydendən koronavirusla bağlı təcili xəbərdarlıq - Daha bir pandemiya olacaq!


"Bu görüş münasibətlərimizi həqiqətən irəlilətmək üçün lazımi şərtlərdə baş tutmalıdır. Ancaq nə vaxt baş tutacağı və baş tutub-gtutmaması ilə bağlı fərziyyələri araşdırmağa hazır deyiləm".

Sullivan bunu CNN-ə verdiyi müsahibəsində iki dövlət başçısının görüşünün mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

Bundan əvvəl Bayden Putinlə telefon danışığında görüşün üçüncü bir ölkədə keçirməsini təklif etmişdi. 

ABŞ Dövlət Katibi Toni Blinken əlavə edib ki, Bayden Putinə önümüzdəki həftələrdə görüşməyi təklif edib. 

Ağ Evin mətbuat xidməti Baydenin Putin də daxil olmaqla 40 dünya liderini Vaşinqtonun 22-23 aprel tarixlərində virtual formatda təşkil etmək istədiyi iqlim zirvəsinə dəvət etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO