Dünya Müharibəsinin ADDIM SƏSLƏRİ – Avropa savaşa hazırlaşır, Rusiya isə... 

Dünya Müharibəsinin ADDIM SƏSLƏRİ – Avropa savaşa hazırlaşır, Rusiya isə... 

Hazırda oxunan: Dünya Müharibəsinin ADDIM SƏSLƏRİ – Avropa savaşa hazırlaşır, Rusiya isə... 

182581

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə müharibəsinə hazır olduğunu bildirib. Eyni zamanda Rusiyanın Finlandiya ilə sərhəddə qoşun yerləşdirəcəyini bildirərək NATO-ya xəbərdarlıq edib. Bütün bu addımlar Rusiya ilə NATO arasında gərginliyin pik nöqtəyə çatdığına işarədir.

Ümumilikdə isə tərəflər son zamanlar bir-birinə qarşı açıq hədəyə keçiblər. Bir müddət əvvəl Fransa Prezidenti Makron Ukraynaya NATO qoşunlarının göndərilə biləcəyini bildirib. Ardınca, Fransa geniş miqyaslı hərbi təlimlər keçirdi. İndi də Putin ölkəsinin nüvə müharibəsinə hazır olduğunu bəyan edir. Bütün bunlar Avropa qitəsində hərbi hazırlıqların artmasından xəbər verir.

Avropada artan hərbi hazırlıqlar fonunda Rusiya və NATO qarşı-qarşıya gələ bilərmi

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya ilə NATO arasında birbaşa qarşıdurmanın olması ehtimalını istisna edir:

“Onsuz da hazırda Rusiya ilə NATO bu və ya digər formada qarşı-qarşıyadır. Düzdür, birbaşa hərbi toqquşmada olmasalar da, Qərb Rusiyaya qarşı müharibədə Ukraynaya dəstək verir. Bu mənada onlar artıq bir-birilə dolayı yolla olsa da toqquşurlar. Onlar arasında birbaşa toqquşmanın olacağı isə inandırıcı görünmür.
Nüvə müharibəsində onlar çətin ki, bir-birilə qarşı-qarşıya gəlsin. Kreml nüvə düyməsini basmağa cəsarət edə bilməz. Çünki nüvə silahları sahəsində də NATO Rusiyandan irəlidədir. Ona görə də Putin nüvə silahından istifadəyə keçməyəcək. Çünki bilir ki, bu addım dünyanın məhvi demək olacaq.

NATO ilə Rusiya arasında gərginlik növbəti illərdə daha da kəskinləşəcək. Bu birmənalıdır. Bu müstəvidə də hər iki tərəf qarşıdan gələn illərdə də silahlanmaya geniş yer verəcək. Lakin bütün hallarda bu iki qüvvənin birbaşa olaraq qarşı-qarşıya gələcəyi gözlənilmir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO