Fransız müstəmləkəçiliyi ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Afrika xalqları necə TALAN EDİLİR?

Fransız müstəmləkəçiliyi ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Afrika xalqları necə TALAN EDİLİR?

Hazırda oxunan: Fransız müstəmləkəçiliyi ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Afrika xalqları necə TALAN EDİLİR?

182369

Fransa dünyanın ən işğalçı və soyğunçu ölkəsidir. Fransızlar əsrlər boyu Afrikanı təkcə soyub talamayıb, həm də milyonlarla insanı qətlə yetiriblər. 

Bu gün XXI əsrin birinci rübünü başa vurmaqda olsaq da, Fransa yenə də öz imperialist niyyətindəndən əl çəkməyib. Fransa bir dövlət olaraq Afrika xalqlarının əlindən alınan sərvətlər hesabına ayaqda qalır. Bu faktları araşdırarkən dəhşətli mənzərə ilə rastlaşırıq. Aydın olur ki, fransızların Afrikada törətdikləri cinayətlər və özbaşnalıqlar heç bir insanlığa sığmır.
 

MÖVZU İLƏ BAĞLI:

Avropanın iki böyük gücü QARŞI-QARŞIYA – Almaniya-Fransa gərginliyinin PƏRDƏARXASI


Dəhşətli məqam ondan ibarətdir ki, Fransa bu gün də dövlət səviyyəsində Afrikada soyğunçuluq və qətllərlə məşğuldur. 

Fransa Niger xalqını necə zəhərləyir?

Məsələn, Fransa 45 ildir Niger torpaqlarından uran çıxarır. Fransada hər üç lampadan ikisi Nigerin uranı sayəsində yandırıldığı halda, nigeriyalılar həmişə elektrik enerjisi çatışmazlığından əziyyət çəkiblər. 

Üstəlik, uran şaxtalarının ərazisində tikilən evlərdə yaşayan nigerlilərin hamısı sağalmaz radioaktiv xəstəliklərə tutulublar. Bu ölkədəki, içməli suda uranın konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyindən 4 dəfə çoxdur. 

Ən əsası Nigerdə əhalinin 41,8 faizinin təhlükəsiz içməli su mənbəyinə çıxışı yoxdur. Ona görə də əhalinin 1/3-ü mədənlərdən axıb gedən zəhərli sudan istifadə edirlər. Hansı ki, həmin mədənləri Fransa şirkətləri istismar edir. Bu istismar zamanı isə heç bir ekoloji zərərlər gözlənilmir, ətraf mühitin çirklənməsinə nəzarət edilmir. Məhz bunun nəticəsidir ki, Nigerdə hər il yüzlərlə insan radioaktiv maddələrin təsirindən həyatlarını itirir.

Fransızlar kef edir, toqolular isə…

Fransanın amansız istismarına məruz qalan daha bir Afrika ölkəsi isə Toqodur. Bu ölkə gübrələrdə istifadə olunan fosfatların istehsalı üzrə dünyanın ilk beş istehsalçısından biridir. Lakin Toqo qida, dərman, ətir, avadanlıq və nəqliyyat vasitələri ilə yanaşı gübrəni də Fransadan idxal edir. Bundan başqa Toqo əhəngdaşı, mərmər, qəhvə, kakao, qarğıdalı, fıstıq və satış üçün ən vacib məhsul olan pambıq ixracatçısıdır. Necə ola bilər ki, ixrac sektoru belə inkişaf etmiş bir ölkə 7,6 milyon vətəndaşına ən adi sosial yardımları belə edə bilmir, insanlar səfalət içərisində yaşayır?!

Ona görə ki, Toqonun bütün sərvətlərinin sərəncamçısı Fransa dövlətidir. Bu ölkədən su qiymətinə apardığı xam mallardan hazırlanan məhsulları Fransa daha sonra od qiymətinə Toqoya satır.

Afrika Fransa üçün havayı xammal diyarıdır.

Qərbi Afrika ölkələri beynəlxalq bazarda dollara satılan çox böyük strateji əhəmiyyətə malik xammal ehtiyatları ilə zəngindir. Amma heç bir iqtisadiyyat yalnız xammal ixracına əsaslanaraq inkişaf edə bilməz. İxracdan əldə olunan gəlirlər sahibkarlığı stimullaşdırmaq üçün investisiya yaratmalıdır. Bu yolla insan kapitalı inkişaf edir və orta təbəqə yaranır. Beləliklə, cəmiyyətin transformasiyası baş tutur. 

Amma Fransa hökuməti imkan verməyib ki, on illiklər boyu Afrika dövlətləri özlərinin iqtisadiyyatını qursunlar.  Əksər Afrika ölkələrinə sənaye malları və xidmətlər əsasən Fransadan gətirilir. Supermarketlərin rəflərindəki demək olar ki, hər şey Fransa istehsalıdır. 

Afrikanın fransızlar tərəfindən sonuncu dəfə işğalı isə uzaq keçmişdə deyil, İkinci Dünya Müharibəsindən sonra baş verib. Beləki, müharibədən zəif və borc içində çıxan Fransa üzünü Afrikaya tutdu. General Şarl de Qoll tədricən Afrikada Fransanın nəzarətini bərpa edə bildi. 

Fransa Afrika ölkələrinin iqtisadi müstəqilliyini necə cilovlayıb?

Ötən əsrin ortalarında Fransa özünün məstəmləkəsi altında olan ölkələrdə vahid valyuta yaratdı. “CFA frankı” adlanan bu valyuta bu gün də bir çox Afrika ölkələrində əsas tədavül vasitəsidir. “CFA frankı” Fransanın mülkiyyətidir və rəsmi olaraq 1945-ci ildə general Şarl de Qollun əmri ilə yaradılıb.  Amma bu valyuta Afrikadan başqa heç bir qitədə tanınmır. 

Maraqlıdır ki, “CFA  frankı”nın sahibi Fransadır. Hər il milyonlarla “CFA frankı” çap olunur və Afrika ölkələrinə satılır. Amma həmin Afrika ölkələri beynəlxalq bazara ancaq Fransa frankı ilə çıxa bilir. 

Yəni bu bir məcburiyyətdir, öhdəlikdir. Halbuki, Fransanın özü 25 ildir ki, frankdan imtina edib, avro və dollarla işləyir. Fransanın öz ölkəsində dövriyyədən çıxardığı valyutanın Afrika dövlətləri üçün əsas valyutaya çevrilməsinin isə heç bir hüquqi izahı yoxdur. Bu sadəcə özbaşnalıqdır.

Fransa Afrikada çox bərbad və istismarçı bir sistem qurub. 

Məsələn, keçmiş Fransa müstəmləkələri olmuş Afrika ölkələrinin mərkəzi banklarının öz pul siyasəti yoxdur. Bundan ələvə, həmin bankların direktorlar şuralarında Fransa dövlətinin rəsmi nümayəndələri əyləşib. Onlar xüsusi səsvermə hüququna malikdirlər. Qərarlar yekdilliklə qəbul edilsə belə, son söz yenə də Fransa nümayəndəsinidir. Bir sözlə, Fransa bir çox Afrika ölkələrində pul siyasətinin aparılmasında veto hüququna malikdir.

Mərkəzi bankların heç bir hüququ yoxdur. Onlar yerli sahibkarlığı stimullaşdırmaq üçün kredit verə bilməzlər. Afrika bankları öz xalqlarına ancaq istehlak krediti verə bilər. İstehlak olunan mallarınsa hamısı Fransa məhsullarıdır. Bu da o deməkdir ki, Afrikada dövriyədə olan bütün pullara son qəpiyinə qədər Fransa nəzarət edir.

Göründüyü kimi, Fransanın bir dövlət kimi mahiyyəti işğalçılıqdır. 

Rəsmi Paris öz dövlətlərini ancaq müstəmləkə altında saxladıqları ölkələrin sərvətləri sayəsində ayaqda saxlayır. Baxmayaraq ki, Fransa dövlətinin Afrikadakı siyasəti beynəlxalq hüquqa və insanlığa ziddir. 

Bununla belə, Fransa bu gün həyasızcasına ayrı-ayrı dövlətləri işğalçılıqda günahlandırmaq istəyir. Bunun hesabına da fransızlar öz dəhşətli cinayətlərini gizlətmək üçün süni şəkildə maraqlı gündəm yaratmaq istəyirlər. Amma həqiqət işıq kimidir, onun qarşısını heç nə ilə kəsmək mümkün deyil. Bu mənada Afrikadakı cinayətlər üçün Fransa dövlətinin cavab verəcəyi gün uzaqda deyil.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO